Başlıq: Git və GitHub nədir, fərqləri nələrdir.

Git və GitHub nədir:

Git: Git açıq mənbə kodlu Version Control System (Versiya İdarəetmə Sistemi). Bu sistem proqramçılara bir layihə üzərində etdikləri dəyişiklikləri izləməyə, əvvəlki versiyalara geri qayıtmağa və layihəni eyni anda bir neçə insanla koordinasiya edərək idarə etməyə imkan verir. Git layihələrdə kodun müxtəlif versiyalarını yaratmağa və saxlamaya imkan verir ki, bu da komanda halında işləmək üçün çox vacibdir.

GitHub: GitHub isə Git sisteminin istifadə olunduğu bir platformadır. GitHub, Git istifadə edərək proqramçıların kodlarını onlayn olaraq paylaşmalarına, idarə etmələrinə və digər insanlarla əməkdaşlıq etmələrinə şərait yaradır. GitHub layihələrin mərkəzləşdirilmiş bir yerdə saxlanılması və kod dəyişikliklərinin izlənməsi üçün istifadə olunur.

Fərqləri:

Git: Git sadəcə yazılan kodlarıa versiya təyin edir və versiyalar arasın da keçidlər edə bilir istənilən zaman əvvəlki versiyalara geri qayıtmaq imkanı verir.

GitHub: GitHub yazılan kodları mərkəzləşdirilmiş bir yerdə yəni cloud da saxlanılması üçün istifadə olunur.

İstifadə etməliyəmmi:

Şirkətlər Git və GitHub istifadə etməyən developeri işə almaz alsa belə tələb edər. Amma Git və GitHub’ı istifadə etməmək üçün bir developerin səbəbi yoxdur ola da bilməz. Git və GitHub birlik də lahiyələri branch’lara ayırıb komanda şəklin də lahiyəni bölüşüb işləməyə yarayır. Bu hər developerin öz kodunu yazarkən bir başqasının koduna zərər verməyinin və ya bir xəta zamanı digər developerlərin lahiyəsin də də eyni xətanın yaranmasının qarşısını alır və versiyalama sistemi ilə də keçmiş versiyalara geri qayıtmaq olur asanlıqla. Bir çox developerə görə GitHub developerlərin sosial mediasıdır.

Quraşdırma:

Git`i öz rəsmi saytından yükləyin. Və verilən suallar da Next (sonrakı) deyərək keçin sadəcə 5 ci sual da şəkil də işarələnmiş seçimi seçin.

Qorulumu tamamladıqdan sonra cmd`ni açın və aşağıdakı kodlar ilə git də özünüzə hesab açın. Hesabı açarkən istifadə etdiyiniz emailin GitHub hesabınızın emaili ilə uyğun olduğunu yoxlayın.

git config --global user.name "istifadəçi adınız"
git config --global user.email "email adresiniz"

Qeyd: Bir çox proqramçı tərəfindən GitHub istifadə olunsa belə bəzi insanlar GitLab-dan istifadə edir. GitLab, GitHub`ın alternatividir və aralarında kiçik fərqliliklər var deyə bilərik.

by knvmrt