Başlıq: Axtarış motoru və Brauzer nədir, fərqləri nələrdir.
Axtarış Motoru (Search Engine):
Axtarış motoru, internet üzərindən məlumatları axtarmaq və istifadəçiyə göstərmək üçün qurulmuş bir sistemdir. Bu sistemin əsas məqsədi, istifadəçinin sorğusuna ən uyğun cavabları təqdim etməkdir. Ən papulyar axtarış motorları (Google, Bing, Yandex, DuckDuckGo) bunlardır.
Axtarış Motorunun İşləmə Prinsipiləri:
-
Botlar: Axtarış motorunun xüsusi botları məsələn Googlebot internet üzərindən məlumatları toplamaq üçün saytları avtomatik şəkildə ziyarət edir. Bu botlar saytlarda olan məlumatları (mətnlər, şəkillər, videolar və s.) indeksləmək üçün toplayır.
-
İndeks: Bu, axtarış motorunun topladığı bütün məlumatların saxlandığı verilənlər bazasıdır. İndeks istifadəçinin sorğusuna uyğun nəticələri təqdim etmək üçün mühüm rola malikdir.
-
Algoritmlər: Axtarış motorları sorğulara uyğun nəticələri müəyyən etmək və sıralamaq üçün müxtəlif kompleks alqoritmlərdən istifadə edirlər. Bu alqoritmlər saytların məzmununu qiymətləndirir, uyğunluğu təhlil edir və nəticələrin necə göstəriləcəyinə qərar verir.
-
İstifadəçi interfeysi: İstifadəçi axtarış motoruna sorğu daxil etdikdə, nəticələr bu interfeys vasitəsilə təqdim olunur. Axtarış nəticələri, adətən, istifadəçiyə uyğun başlıqlar, qısa məzmun və bağlantılar şəklində göstərilir.
Qeyd: Axtarış motorları mürəkkəb struktura və işləmə mexanizminə malikdir, lakin əsas məqsədi istifadəçilərə ən doğru və uyğun məlumatları təqdim etməkdir.
Brauzer (Browser):
Brauzer (browser) internetdə yerləşən veb səhifələrə baxmaq, onlarla qarşılıqlı əlaqədə olmaq üçün istifadə olunan proqram təminatıdır. O, istifadəçilərin URL adresi vasitəsilə müxtəlif veb səhifələrə daxil olmasına və həmin səhifələrin vizual məzmununun göstərilməsinə imkan yaradır. Brauzerlər HTML, CSS, JavaScript və digər veb texnologiyalarını oxuyaraq internet səhifələrini ekranınızda düzgün şəkildə təqdim edir.
Brauzerin İşləmə Prinsipiləri:
-
URL Daxil Edilməsi: İstifadəçi brauzerə bir veb saytın URL-sini məsələn (www.youtube.com/) daxil edir və ya axtarış motoru vasitəsilə bir səhifəyə keçid edir.
-
HTTP/HTTPS Sorğusu Göndərmə: Brauzer həmin URL-in domen adını DNS serverinə sorğu göndərərək domen adı üçün IP ünvanı alır. Daha sonra həmin IP ünvanına HTTP və ya HTTPS protokolundan istifadə edərək sorğu göndərir. Bu sorğu veb serverə çatdırılır və bu server həmin sorğuya cavab olaraq veb səhifəni təmin edir.
-
Məlumatların Alınması: Server brauzerin sorğusuna cavab olaraq HTML, CSS, JavaScript fayllarını və digər multimedia məzmunları (şəkillər, videolar və s.) geri göndərir. Bu məlumatlar mətn formatında olur.
-
Render (Vizual Təqdimetmə): Brauzer aldığı HTML və CSS məlumatlarını analiz edir və həmin məlumatlara əsasən səhifəni render (vizual görüntü) etməyə başlayır.
-
Render mühərriki bu mərhələdə işləyir. Məsələn, Chrome-da bu “Blink”, Firefox-da “Gecko” render mühərrikidir. Bu mühərrik HTML məzmununu bir ağac strukturu DOM (Document Object Model - Sənəd Obyekt Modeli) formasına çevirir və saytı ekranda düzgün olaraq göstərir.
-
JavaScript-in İcra Edilməsi: Əgər səhifədə JavaScript kodları varsa, bu kodlar brauzerin JavaScript mühərriki tərəfindən icra edilir. Chrome-da bu mühərrik “V8”, Firefox-da “SpiderMonkey” adlanır. JavaScript səhifənin dinamik funksiyalarını təmin edir (məsələn, düymələrə basmaq, animasiyalar və s.).
-
Göstərilmə (Display): Nəticədə səhifə tam şəkildə render edilir və istifadəçiyə göstərilir. Brauzer davamlı olaraq istifadəçinin hərəkətlərinə cavab verir və interaktivliyi təmin edir.
Brauzerlərin Əsas Xüsusiyyətləri:
-
Tablar (Tabs): Eyni zamanda bir neçə veb səhifənin açıq saxlanılmasına imkan verir.
-
Əlfəcinlər (Bookmarks): Tez-tez istifadə olunan veb səhifələri əlfəcində saxlama funksiyası.
-
Gizli Mod: (Stealth Mod) İstifadəçi internetdə izlənmədən gəzmək üçün gizli moddan istifadə edə bilər, bu zaman tarayıcı tarixçəsi və cookies saxlanmır.
-
Uzatmalar (Extensions): Brauzerlərin funksionallığını artırmaq üçün müxtəlif uzatmalar, əlavələr dəstəkləyir məsələn (reklam bloklama, təhlükəsizlik, tərcümə) kimi uzantılar yəni əlavələr istifadə etmək olur.
Axtarış motoru ile Brauzer arasında kı, fərqlər:
Axtarış Motoru (Search Engine):
-
Funksiyası: Axtarış motoru internet üzərindəki məzmunları tapmaq üçün istifadə olunan bir vasitədir. O, internetdəki səhifələri, məlumatları indeksləyir və istifadəçinin sorğusuna uyğun olaraq nəticələri göstərir. Axtarış motorları sorğular əsasında istifadəçilərə müxtəlif veb səhifələrdən alınan məlumatları təqdim edir.
-
Necə İşləyir: İstifadəçi axtarış motoruna müəyyən bir açar söz və ya sorğu daxil edir. Axtarış motoru həmin sorğuya uyğun nəticələri öz indeksindən çəkib istifadəçiyə göstərir. Məlumatların aktual və dəqiq olmasını təmin etmək üçün axtarış motorları xüsusi alqoritmlərdən istifadə edir.
Nümunələr: Google, Bing, Yandex, DuckDuckGo, Yahoo, Qwant.
Brauzer (Browser):
-
Funksiyası: Brauzer veb səhifələrini göstərmək üçün istifadə olunan bir proqramdır. Brauzerlər istifadəçilərin veb saytlarla əlaqə qurmasını və bu saytların məzmununu (mətnlər, şəkillər, videolar və s.) vizual olaraq göstərməsini təmin edir. Brauzerlər URL adresləri vasitəsilə veb səhifələrinə daxil olur və HTML, CSS, JavaScript kimi veb texnologiyaları oxuyaraq səhifəni ekranınıza göstərir.
-
Necə İşləyir: İstifadəçi brauzerə veb saytın URL-sini daxil edir və brauzer həmin saytın serverinə sorğu göndərir. Server bu sorğuya cavab olaraq HTML, CSS, JavaScript və digər faylları göndərir, brauzer isə bu faylları oxuyaraq veb səhifəni göstərir.
Nümunələr: Google Chrome, Mozilla Firefox, Microsoft Edge, Safari, Opera, Vivaldi
Əsas Fərqləri:
-
Məqsəd:
-
Axtarış Motoru: Məlumat tapmaq və istifadəçiyə uyğun nəticələri göstərmək üçün istifadə olunur.
-
Brauzer: Veb səhifələrini göstərmək və internetdə gəzmək üçün istifadə olunur.
-
-
İstifadə Tipi:
-
Axtarış Motoru: İnternetdə mövcud olan məlumatları (saytları, şəkilləri, videoları) indeksləyir və sorğu əsasında təqdim edir.
-
Brauzer: Axtarış motorlarının nəticələrini və ya hər hansı veb səhifəni vizual şəkildə göstərir.
-
-
İnteqrasiya:
-
Axtarış Motoru: Brauzer içərisində işləyir. İstifadəçi brauzerə daxil olduqda axtarış motorunu istifadə edərək sorğular göndərə bilir.
-
Brauzer: Axtarış motoruna daxil olmaq üçün bir vasitədir. Brauzer olmadan axtarış motorlarını istifadə etmək mümkün olmazdı.
-
Nəticə:
Axtarış motoru məlumatları tapır, brauzer isə həmin məlumatları istifadəçiyə göstərir. Axtarış motoru brauzer daxilində işləyən bir alət kimi istifadə olunur.