Başlıq: Proqramlaşdırma ilə əlaqəli hər şey.

Proqramlaşdırma dilləri:

Proqramlaşdırma dilləri, kompüterlərə müəyyən tapşırıqları yerinə yetirməyi öyrətmək üçün istifadə edilən dillərdir. Bu dillər müəyyən sintaksis və qaydalara əsaslanır. Hər proqramlaşdırma dili müxtəlif məqsədlər üçün istifadə olunur. Proqramlaşdırma dilləri kateqoriyalara bölünür.

Kateqoriyalar:

  1. Aşağı səviyyəli dillər:

Bu dillər kompüterin texniki təchizat səviyyəsində işləyir və maşın dilinə çox yaxındır. Onlar çox güclü və performanslı olsa da, kod yazmaq və anlamaq çətin olur.

  1. Yüksək səviyyəli dillər:

Yüksək səviyyəli dillər insanlar üçün daha başa düşülən sintaksisə malikdir. Onlar hardware-dən daha uzaqdır və daha çox abstraksiya təklif edirlər. Bu dillər adətən daha çox insan oxunan sintaksisə malikdir və inkişaf etdiricilər üçün daha sadə olur.

  1. Skripting dilləri:

Bu dillər əsasən sistemlərin avtomatlaşdırılması və veb proqramlaşdırma üçün istifadə olunur.

Qeyd: Müxtəlif proqramlaşdırma dilləri fərqli sahələri üçün uyğunlaşdırılıb. Məsələn, aşağı səviyyəli dillər sürətli və performans tələb edən sistemlər üçün idealdır, yüksək səviyyəli dillər isə daha mürəkkəb tətbiqlər üçün yaradılıb etdirilib. Günümüz də papulyar olan bəzi proqramlaşdırma dilləri var. Bu dillər ildən ilə dəyişkənlik göstərə bilir. Amma əsasən bəzi dillər var ki, onlar uzun müddət hətda çox insana görə hər daim top 5 də olur.

Top 5:
  1. Python
  2. C/C++
  3. Java
  4. C#
  5. JavaScript

Proqramlaşdırmaya necə başlamalıyam?

Proqramlaşdırma sahəsi çox geniş sahədir. Bir çox kateqoriyaya bölünür lakin kateqoriyalara asılı olmayaraq hər bir hal da gedişat eyni olur bəlli bir yerə qədər.

Kateqoriyalar:

Proqramlaşmaya ilk addımlar:

Nəzəri biliklər: Proqramlaşdırma və ya İT nin br çox sahəsi ilə məşğul olan insanların araşdırmalı olduğu mövzulardır bunlar. Server, Cloud, Hosting, Domain, Network, CPU, GPU, RAM, IP, MAC, LAN, SSH, Protocols, IDE, Framework, Library, Environment, OOP, Database Bu mövzuları araşdırdıqca yeni mövzular da araşdırmağa başlayacaqsınız.

İlk dil: İlkin olaraq öyrənəcəklərinizi və ya öyrəndiklərinizi tətbiq etmək üçün bir dil. Bu mövzu böyük müzakirələr altında olub həmişə. Amma mənə görə iki seçim var. 1. Asan dil ilə başlayıb irəlləmək və gələcək də çətin dillərə keçid etməli olduq da çox əziyyət çəkmək. 2. Çətin dil ilə başla və gələcək də hərhansısa bir dilə keçid etdik də çətinlik çəkməmək. Mənə görə ən məntiqlisi 2 ci variantdır. İlk dil olaraq C++ ilə başlayıb proqramlaşdırmanın təməlini öyrənmək lazımdır C++ consol (konsol), C++ syntax (sintaksis) və algorithm (alqoritm) mütləq öyrənməli olduğunuz bir şeydir. - Alqoritm az da olsa öyrəndikdən sonra alqoritm bacarıqlarınəzə inkişaf etdirin. Bunun üçün web saytlar var Codewars, LeetCode bu tip saytlar da alqoritm suallarını həll edərək özünüzü inkişaf etdirin.

Əsas toxunuş: Nəzəri biliklər və İlk dili bitdikdən sonra özünüzə bir kateqoriya seçməli və o kateqoriya üzrə özünüzü inkişaf etdirməli öyrənməlisiniz. Bu seçim artıq sizin gələcək hədəfləriniz və kariyera planlarınıza görə formalaşır. Bu tip seçimləri qazanca görə deyil də maraqlı gələn həvəsiniz olduğu sahəyə, kateqoriyaya görə seçim edin. Seçdiyiniz kateqoriyaya görə YouTube və Udemy platformaların da ödənişsiz və ödənişli kurslar olur bu tip kurslardan birini seçb videolarını izləyərək və tətbiq edərək öyrənə bilərsiniz. Bunun xaricin də problemlərinizi Google də axtrış edə və ya süni intellektə (ChatGPT, Copilot) sual olaraq verə və ya anlamadığın kodu anlatmasını istəyə bilərsiniz.

Qeyd: irəlidə yeniliklər ola bilər.

by knvmrt