Başlıq: WSL (Windows Subsystem for Linux) Nədir?

Windows Subsystem for Linux (WSL), Microsoft tərəfindən hazırlanmış bir xüsusiyyətdir və Windows əməliyyat sistemində Linux nüvəsini işlətməyə imkan verir. WSL, istifadəçilərə Linux komutlarını işlətməyi, inkişaf mühitləri qurmağı və fərqli Linux alətlərindən istifadə etməyi təmin edir.

WSL-in Tarixi və İnkişafı:

WSL-in İşləmə Prinsipi:

WSL istifadəçilərin xarici virtual maşına ehtiyac duymadan Linux nüvəsini Windows Hyper-V texnologiyası vasitəsilə virtual maşında (VM) işlədir. Linux nüvəsinə birbaşa çıxış əldə etməsinə imkan yaradır. İstifadəçilər Linux komandalarını CMD və ya PowerShell kimi interfeyslərdən birbaşa işlədə bilərlər. Məsələn, sudo, apt, bash, ls, grep kimi əmrləri WSL üzərindən istifadə edə bilərsiniz. Bu istifadə üsuluna CLI (Command Line Interface - Komanda xətti interfeysi) deyirlər

WSL-dən İstifadənin Üstünlükləri:

WSL-in Qurulması:

  1. Windows da Funksiyaları Aktiv Etmək:

    • “Windows Features” pəncərəsində “Windows Subsystem for Linux”“Virtual Machine Platform” seçimlərini aktivləşdirin.
  2. Linux Paylanmasını(Distributions) Seçmək:

    • Microsoft Store-dan və ya Linux Paylayıcılarının(Distributivlərinin) Rəsmi Saytlarından Debian, Ubuntu, Kali Linux, Fedora, Arch kimi paylanmaları(distros) endirib quraşdıra bilərsiniz.
  3. WSL 2-yə Yüksəltmək:

  wsl --set-version <paylanma_adı> 2

WSL və Ənənəvi Virtual Maşınlar Arasındakı Fərqlər:

Xüsusiyyətlər WSL Virtual Maşın (VM)
Performans Daha sürətli Daha yavaş
Resurs İstifadəsi Daha az Daha çox
VerLinux Nüvəsi WSL 2 ilə tam nüvə Tam nüvə
İstifadə Rahatlığı Daha asan quraşdırma və istifadə Daha mürəkkəb və qarışıq

Nəticə:

WSL, developerlər(inkişafçılar, proqramçılar) və sistem administratorları üçün əla bir vasitədir. Windows istifadəçilərinə Linux-un gücünü, sürətini gətirərək platformalararası keçidi asanlaşdırır. Həm tələbələr, həm də mütəxəssislər üçün ideal bir həll təqdim edir. Microsoft, WSL üzərində davamlı təkmilləşdirmələr edərək performansı artırmağı və daha istifadəçi dostu xüsusiyyətlər təqdim etməyi hədəfləyir. Xüsusilə, WSL 2 ilə Docker və Kubernetes kimi alətlərin daha geniş istifadəçi kütləsinə çatması mümkün olur.

by knvmrt